BİRJA

Ötən il neftimizin orta qiyməti bu qədər olub
09 YANVAR
220

Ötən il neftimizin orta qiyməti bu qədər olub

2019-01-09 15:35:00

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 2018-cı ildə orta qiyməti 71,64dollar/barel olub. Fins.az xəbər verir ki, ötən il “Azeri Light” markalı neftin ən aşağı qiyməti dekabrın 28-də qeydə alınıb, həmin tarixdə qiymət 53,56dollar/barel olub. Qeyd edilən il üçün ən yüksək göstərici isə oktyabrın 4-də müəyyənləşib. Bu tarixdə Azərbaycan nefti beynəlxalq birjalarda 87,51dollar/barelə təklif edilib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barel) qeydə alınıb.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264