BİRJA

SOCAR İstiqrazları rekord qiymətə satılıb - SƏBƏBLƏR
09 YANVAR
752

SOCAR İstiqrazları rekord qiymətə satılıb - SƏBƏBLƏR

2019-01-09 17:44:00

SOCAR istiqrazları tarixində rekord qiymətə satılıb. İstiqrazın birinin qiyməti 1039 dollardan satılıb. Qiymətin bahalaşmasına səbəb tələbdir , bəs tələbi yaradan amillər nədir? Fins.az-ın bu sualına cavabı investisiya şirkətinin şöbə rəisi  Xanlar Alırzayev bu cür cavablandırıb. 

Bakı/11:57/Xeybər Heydərov/ Fins.az

2019-cu ilin ilk faiz ödənişi yanvar ayının 17-də baş tutacaq. Bu yaxında isə SOCAR istiqrazlarının birjada 1039 dollardan rekord qiymətə satışı gerçəkləşdi. Bu qiymət 2016-cı ildən bəri birjada alqı-satqısı aparılan SOCAR İstqirazlarının ən yüksək qiyməti hesab olunur. Qiymətin artmasına səbəb tələbin yüksək olmasıdır.

Təkrar bazarda ticarət edildiyi dövrdə istiqrazlara tələb həmişə yüksək olub. Buna səbəb SOCAR İstiqrazlarının olduqca əlverişli investisiya aləti olmasıdır. Belə ki, istiqrazların dollarda buraxılması, SOCAR tərəfindən nominal qiymətlə alış zəmanətinin verilməsi, istiqrazları əldə etməyin asanlığı, faiz gəlirlərinin bazar şərtlərindən yuxarı olması, ödənişlərinin qrafikə uyğun aparılması, birjada şəffaf ticarətinin təşkili və digər üstün cəhətləri sadalaya biləyərik. Bunlar investorların diqqətindən yayına bilməzdi.

Baxmayaraq ki, Bakı Fond Birjasında Maliyyə Nazirliyi, Mərkəzi Bank, İpoteka Fondu, hətta ölkənin ən iri maliyyə və qeyri-maliyyə təşkilatlarının yüz milyonlarla manat həcmində istiqrazları ticarət olunur, ancaq ən çox birja əqdləri SOCAR İstiqrazları ilə bağlanır. Təkcə 2018-ci ildə birjada borc alətləri üzrə bağlanan kontraktların 70 faizi SOCAR İstiqrazları ilə bağlanıb.

Xanlar Alırzayevin sözlərinə görə, dövrlər üzrə müqayisə etsək, görərik ki, hər növbəti dövrdə bu istiqrazların orta qiymət artmaqda davam edir. Məsələn, 2018-ci ilin oktyabr ayında SOCAR İstiqrazlarının orta qiyməti 1017 dollar olmuşdusa, hazırda 1037 dollardır. 3 ay ərzində 20 dollar artım olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263