BİRJA

Bir ildə Bakı Fond Birjasının dövriyyəsi bu qədər artıb
08 YANVAR
196

Bir ildə Bakı Fond Birjasının dövriyyəsi bu qədər artıb

2019-01-08 13:38:00

"Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri ötən il dekabrın 1-nə 20,975 milyard manat təşkil edib. Fins.az BFB-yə istinadla xəbər verir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz çoxdur. Son bir ildə bağlanmış əqdlərin sayı isə 98 782-yə çatıb. BFB-nin dövriyyəsinin 7,424 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Hesabat dövründə qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 12,219 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 143 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 607 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 583 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269