BİRJA

1400 dolları keçsə sürətlə bahalaşacaq – 2019-cu ilin əsas investisiya aləti
07 YANVAR
452

1400 dolları keçsə sürətlə bahalaşacaq – 2019-cu ilin əsas investisiya aləti

2019-01-07 17:27:00

Bazar çox volatil olsa da bu qızıla heç bir təsir göstərmədi. Qızıl ilin əvvəlindən yuxarıya doğru  götürdüyü istiqaməti davam etdirdi. Nəyə görə belə şərait yarandı? Çünki qızıl qoruyucu bir aktivdir.Fins.az xəbər verir ki, bu sözləri ARB24 kanalına AzFinance İnvestisiya şirkətinin Departament rəhbəri Valeh Qənbərov bildirib.

Bakı/17:20/Xeybər Heydərov/Fins.az

Onun sözlərinə görə,  dünyada bütün treyderlər , investorlar bazarın çökməsindən qorunmaq üçün, qoruyucu aktiv kimi qızıla investisiya edirlər. Son 20 il ərzində qızıl qoruyucu aktiv kimi tanınır.

Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir?

Azərbaycanlı investor konservativ investordu. Ümumiyyətlə azərbaycanlı investor qızılı xoşlayır. Ona görə də qızıla investsiyadan çəkinmir. Azərbaycanda qızıl ehtiyatları son statistikaya görə,  73 troya unsiyasından artıqdı. Bu da 2 tondan çox deməkdir. Bütün dünyada olduğu kimi Azərbaycan da qızıl ehtiyatlarını artırır.

Fiziki qızılın investisiya vasitəsi ilə alınması necə baş verir?

 Qızıla birbiaşa birjadan almaq mümkündür. Bunu da yalnız  investisiya şirkətlərinin köməkliyi ilə etmək olar. Əgər biz təmiz qızıla investisiya etmək istəyiriksə o zaman birbaşa investisiya şirkətinə müraciət etməliyik. Bu zaman investor broker vasitəsi ilə birbaşa qızıl ticarət olunan birjaya çıxış əldə edir. Bu zaman investorun qızıla investisiya etməsi üçün bir neçə variant ola bilər.  

Bu fyuçerslər istehsal istehsal edən şirkətlərə investisiya etmələr də  ola bilər, qızıl istehsal edən şirkətlərin səhmlərini almaqla və ya  qızılın alınması ilə də mümkündür.  

Qızıla investisiyada əsas üstünlüklərdən biri də odur ki, qızıl heç bir ölkənin iqtisadiyyatına bağlı deyil. Halbuki bu valyuta və səhmdə belə deyil. O ki, qaldı qiymət səviyyəsinə əlbətdəki qızılda olan artımın davamını  gözləyirik deyə ekspert bildirib.

 2019-cı ildə qızıla investisiyanı böyük bir fürsət kimi görmək olar. Artıq 2019-cu ilin ilk yarısında biz qızılın qiymətini  1400 dollar səviyyəsini görə bilərik. Sonuncu dəfə 1400 dollar 2013-cü ildə olub.. İlin sonuna yaxın bu rəqəmlər daha da çox ola bilər.

Qızılın qiymətinə bir neçə amil təsir edir

Burda əsas amil kimi tələb təklifdən başqa, iqtisadiyyatda gedən proseslər, qlobal böhran və s daxildir.

Artıq dünya iqtisadiyyatında böhranın başlanğıc faktorlarını görə bilərik. Qızıla investisiya investorları bu böhrandan qoruya bilər.

Mədən şirkətlərinin qızılı az hasil etməsi də qızılın qiymətinə təsir edən şərtlərdən biridir.

Hazıra qızıl istehsal edən şirkətlər tələblərdən irəli gələrək istehsalı artırırlar.

Qızılın qiyməti son 5 ildə ildə dəhlizdədir. Bu qiymət 1100-1400 dollar arasında dəyişir. 2019-cu ilin ilk yarısında 1400 dollar aşılsa, qızıl 1700 dollara qədər sürətlə bahalaşa bilər.

 

 

 

 

.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264