BİRJA

"Bitcoin"-in qiymətindən nə xəbər var?
07 YANVAR
194

"Bitcoin"-in qiymətindən nə xəbər var?

2019-01-07 09:11:00

"Bitcoin"nin məzənnəsi son 1 gündə 6,04% bahalaşaraq 4 068 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 71,062 mlrd. dollara kimi irəliləyib. Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 95%-i dəyər qazanıb. Rəqəmsal valyuta bazarının toplam həcmi 137,720 mlrd. dollara kimi artıb. "Ethereum"un qiyməti son sutkada 2,38% artaraq 156 dolların üzərində mübadilə edilir. Bu kriptopulun kapitallaşması 16,321 milyard dollara çatıb. “Ripple”ın məzənnəsi 3,30% bahalaşaraq 0,367 dollar olub. Altkoinin bazar dəyəri 15,005 milyard dollar həddində qərarlaşıb.

© Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269