BİRJA

Azərbaycanda ən çox bu sahənin səhmləri ticarət olunur
07 YANVAR
144

Azərbaycanda ən çox bu sahənin səhmləri ticarət olunur

2019-01-07 02:00:00

Hazırda ölkəmizdə bir çox ASC müəssisə və şirkətlər var ki, onların səhmləri ticarət olunur. Görəsən səhmlərin sayı və ticarət dövsiyyəsi nə qədərdir? Fins.az bu suala aydınlıq gətirmək üçün 2018-ci ildə ölkəmizdə ən çox səhmləri alınıb satılan sahələri öyrənib

 Bakı/02:00/Xeybər Heydərov/Fins.az

2018-ci  ildə investorlar tərəfindən 13 114 ədəd şərab istehsal edən müəssisələrə məxsus səhmlər alınıb satılıb ki, bu səhmlərin də ümumi dəyəri 26 min 228 manat təşkil edib.

Ən çox səhmi alınıb satılan sahələrdən biri də tikinti sektorunda çalışan müəssisələrin payına düşüb. Aparılan araşdırmadan belə bəlli olub ki, il ərzində 95 059 ədəd tikinti sahəsinə aid səhm ticarət olunub ki, bu səhmlərin qiyməti 319 min 280 manat təşkil edib.

Ticarət sahəsində isə 1999 ədəd səhm alınıb satılıb ki, bu səhmlərin də ümumi dəyəri 3998 manat göstərilir.

Tikiş evlərinin səhmlərinin cəmi sayı 2465 ədəd cəmi məbləği isə 2510 manat olub.

Balıq və Konserv zavodlarının isə 1103 ədəd səhmi satılıb ki, bu səhmlərin məbləği 1436 manat təşkil edib

Dəmir Beton zavodları 5685 səhmini satıb. Səhmlərin ümumi məbləği 6520 manat təşkil edib.

Ölkəmizdə olan bazarlar da ASC tiplidir. Bazarların il ərzində 3686 ədəd səhmi satılıb. Səhmlərin qiyməti 6277 manat təşkil edib.

Ən çox səhmi ticarət olunan sahə isə bank sektoru olub. Belə ki, bu sahədə ümumilikdə 1 096.327 ədəd səhm ticarət olunub ki, bu səhmlərin də ümumi məbləği 19 758 161 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256