BİRJA

Kriptovalyuta bazarında vəziyyət necədir?
27 DEKABR 2018
148

Kriptovalyuta bazarında vəziyyət necədir?

2018-12-27 09:06:00

"Bitcoin"nin məzənnəsi son 1 gündə 1,80% ucuzlaşaraq 3 806 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 66,400 mlrd. dollara kimi geriliyib. Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 81%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 128,158 mlrd. dollara kimi azalıb. “Ripple”ın məzənnəsi 3,90% ucuzlaşaraq 0,371 dollar olub. Altkoinin bazar dəyəri 15,142 milyard dollar həddində qərarlaşıb. "Ethereum" son sutkada 4,39% azalaraq 129 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 13,405 milyard dollara düşüb. İlk onluqda yeganə dəyər qazanan altkoin “Tether”dir.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256