BİRJA

Neftin qiyməti ilə bağlı ekspertlər nə deyir?
26 DEKABR 2018
341

Neftin qiyməti ilə bağlı ekspertlər nə deyir?

2018-12-26 16:35:00

Neftin qiyməti 2017-ci ilin iyulundan bu vaxtadək ilk dəfə 50 dollar/barreldən aşağı düşüb. Fins.az xəbər verir ki, Milad bayramından sonrakı hərracda “Brent” markalı xam neftin bir barreli 50 dollardan ucuz satılıb. Beləliklə də “qara qızıl”ın qiyməti son 1,5 ilin minimumuna enib. Ekspertlərin fikrincə, qiymətin ucuzlaşmasına səbəb dünyada iqtisadiyyatların artım problemləri və bunda artan “ticarət müharibələrinin” təsirli olmasıdır. Həmçinin maliyyə bazarlarındakı qarışıqlıq, tədarüklə bağlı narahatlıqlar, ABŞ-da neft istehsalının çoxalması, eləcə də OPEC və OPEC+ üzrə hasilatın azaldılmasına dair sazişin müddətinin artırılacağı istiqamətində qeyri-müəyyən fikirlərin səsləndirilməsi “qara qızıl”ın qiymətindəki geriləməyə təsir edən amillərdir.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 51,04 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 43,15 dollara satılır.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266