BİRJA

Tokio Fond Birjasında kritik dəyişiklik
26 DEKABR 2018
231

Tokio Fond Birjasında kritik dəyişiklik

2018-12-26 14:09:00

Fins.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə,  Tokio Fond Birjasında hərracların başlamasından sonra “Nikkey” indeksi qlobal iqtisadi inkişafın zəifləməsi və milli valyuta olan yenin möhkəmlənməsi fonunda son 15 ayda ilk dəfə 20000 bəndindən aşağı düşüb.Yaponiyanın 225 aparıcı şirkətinin kotirovkalarının dinamikasını əks etdirən “Nikkey” indeksi dekabrın 21-dəki göstəricidən 830,29 bənd və ya 14,2 faiz aşağı enərək, 19335,90 həddində yer alıb.Digər şirkətlərin qiymətli kağızlarının kotirovkalarını əks etdirən “Topix” indeksi də 64,99 bənd və ya 4,37 faiz aşağı enib və 1423,20 həddində qərarlaşıb.Səhmlərin kotirovkalarının enişi iqtisadiyyatın bütün sahələrinə, ilk növbədə, neft, daş kömür, dəniz nəqliyyatı və sığorta sahələrinə öz təsirini göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263