BİRJA

Bakıda daha bir hərrac keçirildi
26 DEKABR 2018
154

Bakıda daha bir hərrac keçirildi

2018-12-26 12:58:00

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 5 investor tərəfindən qiyməti 95.0286 AZN və 100.0774 AZN olan 7 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN, orta ölçülmüş qiyməti 100.0319 AZN müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17, 937, 500. 00 AZN, yerləşdirilmiş həcmi isə 13, 298, 400. 00 AZN təşkil edib.

İstiqrazlar 2021-ci il dekabrın 21-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257