BİRJA

Hər gün 6 yeni kriptomat quraşdırılıb
25 DEKABR 2018
386

Hər gün 6 yeni kriptomat quraşdırılıb

2018-12-25 17:47:00

2018-ci ildə hər gün 6 yeni kriptomat quraşdırılıb

Baxmayaraq ki, geridə qoymaqda olduğumuz 2018-ci il kriptovalyutalar üçün elə də uğurlu il olmadı. Amma kriptovalyuta bankomatlarının sayı bir neçə dəfə artaraq  4 minə çatıb. Fins.az xəbər verir ki, Data Light–ın təqdim etdiyi statistikaya görə, gün ərzində orta hesabla müxtəlif ölkələr üzrə 6 kriptomat quraşdırılıb.

Bu kriptomatların hamısı bitcoin təqdim etsə də litecoini cəmi 2421-i də var.

Ethereum yarısında, Dash 729-da, Zcash 67-də , Dogecoin 79-da, Monero isə 128 kriptomatda xidmət olunur.

Onu da qeyd edək ki, quraşdırılan kriptomatların əksəriyyəti ilin birinci rübündə quraşdırlıb ki, bu zaman da kriptovalyutaların qiymətində bahalaşma müşahidə olunurdu.

Coin ATM Radar saytı vasitəsi ilə 76 ölkədə olan  4085 kriptomat xəritəsini görmək olar.

Qeyd edək ki, ABŞ –da 1258, Böyük Britaniyada 200, Mərkəzi Avropada 750, Cənubi Amerikada  65, Avstraliyada isə 54 kriptomatın olduğu bildirilir.

Məlumat üçün bildirək ki, qonşu Gürcüstanda da kriptomat var. 

 Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264