BİRJA

Bu "kağızın" hər birində 1.8 dollar qazana bilərsiz
24 DEKABR 2018
258

Bu "kağızın" hər birində 1.8 dollar qazana bilərsiz

2018-12-24 14:08:00

ABM Industries Inc. - ABŞ-da bir xidmət provayderi şirkətidir. Adı çəkilən şirkət, ardıcıl olaraq üçüncü "mənfəət artımı"-na nail olmuş və nəticədə səhmləri 14% bahalaşmışdır. Fins.az xəbər verir ki, AzFinance İnvestisiya şirkətindən verilən məlumata görə,   ABM Industries Incorporated, 2018-cü ilin dördüncü rübündə analitiklərin 1,65 milyard dollarlıq satış üçün 0,56 dollar səviyyəsində gəlir proqnozunu aşaraq bir səhm üzrə 0,58 dollar səviyyəsində düzəliş edilmiş mənfəət qazanıb. Rüblük satışlar illik bazada 10% artıb. 2018-ci ildə cəmi satış 18% artmışdır. Görünür ki, 2019-cu il daha yaxşı ola bilər. ABM, 2019-ci ildə qazancın hər səhm üzrə 1,65 ilə 1,8 dollar arasında olacağını təxmin edir.

ABM – ABM Industries Incorporated göstəriciləri 

Gündəlik artım: +13,75% 
Kapitallaşma: $2,027 mlrd ($30,78 bir səhm üzrə)
Xalis mənfəət: $+3,8 mln 
Işçilərin sayı: 130 000 nəfər

Məlumat üçün bildirək ki, bu şirkətin səhmlərini əldə etmək üçün AzFinance-a müraciət etmək lazımdır. Əlaqə nömrəsi (012) 310 33 30

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267