BİRJA

Manatdan yeni xəbər
20 DEKABR 2018
516

Manatdan yeni xəbər

2018-12-20 13:44:00

Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,59 bənd təşkil edib. Fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,12 bənd, yanvarın 1-nə nisbətən 0,04bənd, ötən ilin oktyabr ayına nisbətən isə 0,28 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. 

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Oktyabrda manatın dövretmə sürətinin azalması dövriyyədə olan manat kütləsinin (M2 aqreqatı) sentyabr ayı ilə müqayisədə 497 mln. manat və ya 3,7% artması və aylıq inflyasiyanın 0,2% qalması ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264