BİRJA

Mərkəzi Bankdan daha bir hərrac
20 DEKABR 2018
153

Mərkəzi Bankdan daha bir hərrac

2018-12-20 09:33:00

Dekabrın 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100972S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən Fins.az-a bildiriblər ki, hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.2668 AZN (9.50 faiz) ilə 99.4004 AZN (7.76 faiz) arasında olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 158,267,900.00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2668 AZN (9.50 faiz), orta ölçülmüş qiyməti 99.3247 AZN (8.74 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 158,267,900.00 AZN təşkil edib.

Notlar yanvarın 16-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256