BİRJA

200 milyon manatlıq notların yerləşdirilməsi üzrə hərrac keçirilib
19 DEKABR 2018
276

200 milyon manatlıq notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-12-19 17:41:00

19 Dekabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100972S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.2668 AZN (9.50%) ilə 99.4004 AZN (7.76%) arasında olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 158,267,900.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2668 AZN (9.50%), orta ölçülmüş qiyməti 99.3247 AZN (8.74%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 158,267,900.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 16.01.2018.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272