BİRJA

AzFinance UNEC tələbələri üçün seminar keçirib
19 DEKABR 2018
289

AzFinance UNEC tələbələri üçün seminar keçirib

2018-12-19 12:45:00

AzFinance İnvestisiya Şirkəti tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri üçün “Kapital Bazarları. Alətlər və imkanlar” mövzusunda seminar keçirilib.

Seminar AzFinance ekspertləri tərəfindən aparılıb və kapital bazarlarına aid nəzəri və praktiki mövzuları əhatə edib. Sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar geniş müzakirə edilib.

Ən maraqlı sual verən tələbələrə biznes mövzusunda kitablar hədiyyə edilib. İki tələbə şirkətə ekskursiyaya dəvət edilib. Ekskursiya zamanı tələbələr şirkətin fəaliyyəti ilə tanış olacaqlar və dərslərdə əldə etdikləri biliklərin real şəraitdə necə tətbiq edildiyini əyani şəkildə görəcəklər.

 AzFinance İnvestisiya Şirkətinin bu cür seminarları təşkil etməkdə məqsədi qiymətli kağızlar bazarının inkişafı istiqamətində maarifləndirmə fəaliyyətlərini həyata keçirmək, eləcə də təhsil sektoru və biznesin qarşılıqlı əlaqələrinin inkişafına töhfə verməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027