BİRJA

"Bitcoin"nin məzənnəsi son 1 gündə 10,40% ucuzlaşıb
07 DEKABR
77

"Bitcoin"nin məzənnəsi son 1 gündə 10,40% ucuzlaşıb

2018-12-07 09:41:00

"Bitcoin"nin məzənnəsi son 1 gündə 10,40% ucuzlaşaraq 3 413 dollara kimi azalıb. Nəticədə kriptovalyutanın bazar dəyəri 59,424 mlrd. dollar həddinə enib. "Fins.az" xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 94%-i dəyər itirib. Rəqəmsal valyuta bazarının toplam həcmi 107,597 mlrd. dollara düşüb.

“Ripple”ın məzənnəsi 10,85% ucuzlaşaraq 0,301 dollara enib. Altkoinin bazar dəyəri 12,159 milyard dollar həddində qərarlaşıb.

"Ethereum" son sutkada 16,57% azalıb və 86 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 8,834 milyard dollar kimi geriliyib. Top onluqdan yalnız “Bitcoin SV” dəyər qazanıb. "СoinМarketСap"in Bakı vaxtı ilə saat 09.20-ə olan məlumatları aşağıdakı kimidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256