BİRJA

SOCAR İstiqrazlarını bahalaşdıran nədir?
06 DEKABR
148

SOCAR İstiqrazlarını bahalaşdıran nədir?

2018-12-06 16:14:00

SOCAR istiqrazları artıq iki ildən çoxdur ki, dövriyyədədir. SOCAR istiqrazlarının parameterləri etibarı ilə sadəcə Azərbaycanda deyil, həmçinin digər ölkələrdə də bu parametrlərə malik qiymətli kağız yoxdur.

Bu sözləri Fins.az-ın suallarını cavablandırarkən iqtisadçı ekspert Cəfər İbrahiçli bildirib. Onun sözlərinə görə SOCAR İstiqrazlarının bu qədər bahalaşmasına təsir edən bir neçə əsas amillər var.  

Əslində istiqrazlar daxili bazar investorları üçün buraxılıb. Daxili bazarda xaricilərin bu istiqrazları almaqda bir məhdudiyyət yoxdur. Əcnəbilər də alır.

  1.        Qiymətin bahalaşmasına səbəblərdən biri də daxili bazarda dollarda olan investisiya alətlərinin SOCAR istiqrazları ilə “baş-başa” gələ bilməməsidir.  Bu maliyyə alətlərindən biri  bank əmanətləri,  ikinci isə alternativ  qısamüddətli istiqraz və ya səhmlərdi. Maliyyə alətləri arasında dollarda SOCARın istiqtazları ən böyük gəlirlilik vəd edir.
  2.        Bu kağızlar Azərbaycan bazarında ilk dəfə likvidlik təklif edir.  Yəni istədiyiniz vaxt bu kağızları satıb pula çevirə bilirsiz. 
  3.        Ən böyük üstünlüyü odur ki, əsas vəsaitə qarantiya var. Yəni emitent tərəfindən qarantiya verilir ki, istiqrazların qiyməti nominal dəyər altına düşsə belə özü alacaq. Yəni istiqrazın qiyməti 1000 dollardı, qiymət bundan aşağı düşsə investordan geriyə istiqrazlar yenə də  min dollara alınacaq baxmayaraq ki, min dollardan ucuzdur. Bununla da əsas vəsaitə də qarantiya verilir.

Ümumi bazar aspektindən də baxsaq görürük ki, bir məhsulun bazarda qiymətinin bahalaşması ona olan tələbdən irəli gəlir. Əgər bir məhsul keyfiyyətli olmasa ona tələb də az olar və qiymət aşağı düşər.  

Eləcədə Bax: SOCAR İstiqrazlarından yeni rekord

Bu istiqraz yaxşı gəlirlik nümayiş etdirdiyindən investorlar satmaq niyyətində deyil. Alıcılar da, mövcud investorlar da bunu əlavə almaq istəyirlər. Odur ki, bazarda tələb olduğu üçün qiymətlər artır –deyə Cəfər İbrahimli bildirib.

Dünyada ən idealıdır

SOCAR istiqrazlarının qiyməti Bakı Fond Birjasında mütəşşəkkil bazarda formalaşan bir qiymətdir . Fərdi kimsə tərəfindən formalaşmır. Dünyada heç bir ölkədə heç bir istiqraz bu qədər gəlirlilik vəd etmir. Dünyanın digər ölkələrində hər hansı bir səhmi , istiqrazın qiymətini müəyyənləşməsi üçün həmin şürkəti fundamental analiz etməyə ehtiyac yoxdur. Onun bazarda olan qiymətli kağızlarının qiyməti o şirkətin ümumi kapitalaşmasını və vəziyyətini göstərir. Bu gündə SOCAR istiqrazlarının təklif etdiyi gəlirlilik olduqca yuxarıdır.  

Ekspertin sözlərinə görə, 5% dollarda gəlirlilik dünya bazarlarında yalnız avrobondlardan əldə etmək olar . Amma avrobondların qiyməti çox dəyişkən olduğu üçün , riskli olur . Həmçinin əsas kapitala  da heç kim zəmanət vermir. Həmçinin emitent və yaxud da bazarın marketmeykerləri konkret öhdəlik götümür ki, mən bu qiymətli kağızı geri alacam. Amma SOCAR istiqrazlarında  əsas kapitala emitent tərəfindən qarantiya var həm də marketmeyker təminat verir ki, hər gün bu kağızları sata bilər.

Son iki ay ərzində emitentin özünün bazara daxil olub bu kağızları alma halına ehtiyac yaranmayıb. Yəni bu kağızları alanlar gəlirliyinə görə bu kağızları yenidən satmırlar- deyə Cəfər İbrahimli bildirib. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255