BİRJA

"Gənc investor" III simulyasiya yarışı keçiriləcək
06 DEKABR
53

"Gənc investor" III simulyasiya yarışı keçiriləcək

2018-12-06 15:09:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə dekabrın 7-də "İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə "Gənc investor" III simulyasiya yarışı keçiriləcək.

BFB-dən Fins.az-a bildiriblər ki, birja ticarəti üzrə simulyasiya yarışı "praktiki təhsil" konsepsiyasının modellərindən biridir. Simulyasiya yarışında qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir və iştirakçılara – müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.

Yarışın keçirilməsində məqsəd fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, qiymətli kağızların (səhm və istiqrazların) alqı-satqı prosesinin aparılması və investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir.

Dörd nəfərdən ibarət olmaqla 20 komandanın yarışda iştirakı planlaşdırılıb. Yarış 2 vacib və ardıcıl mərhələdən ibarətdir: master-klas təliminin keçirilməsi və birja simulyatoru ilə əməliyyatların aparılması. Yarış prosesində maliyyə bazarında baş verə biləcək hadisələr modelləşdiriləcək və komandalar qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artıracaqlar.

Yekunda virtual gəlirin məbləğinə əsasən ən çox gəlir əldə etmiş ilk üç komanda birinci, ikinci və üçüncü yerlərin qalibləri elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256