BİRJA

Gələn həftədən başlayır - Kapital Bank səhmləri
06 DEKABR
134

Gələn həftədən başlayır - Kapital Bank səhmləri

2018-12-06 14:09:00

Paşa Kapitaldan Fins.az-a verilən məlumata görə, Kapital Bankın imtiyazlı səhmlərinin ilkin yerləşdirməsi kütləvi qaydada aparılacaq. Yerləşdirmə Bakı Fond Birjasında  abunə yazılışı üsulu ilə aparılacaq və 10 gün davam edəcək.

Səhmlərin birjada ilkin yerləşməsi barədə məlumat, 3 gün öncədən veriləcək.

Xatırladaq ki, "Kapital Bank" yeni səhmlər emissiya edib. Səhmin hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, sənədsiz adlı səhmlərdən ibarətdir.  Səhmlər yerləşdirildikdən sonra "Kapital Bank"ın nizamanmə kapitalı təxminən 20 milyon manat artaraq 205 milyon 850 min manatdan 225 milyon 850 min manata yüksələcəkdir.  

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256