BİRJA

Bu səhmlər daim gəlir qazandırır, amma hüquqlardan məhrum edir
06 DEKABR
408

Bu səhmlər daim gəlir qazandırır, amma hüquqlardan məhrum edir

2018-12-06 12:34:00

Səhmlər iki cür olur olur adi səhmlər imtiyazlı səhmlər. Adi səhmlərdə şirkətin illik mənfəətindən asılı olaraq dividendlər ödənilir. Lakin imtiyazlı səhmdə mənfəətdən asılı olmayaraq səhmdara yəni səhm sahibi olan şəxsə sabit gəlir ödənilir. Yəni investora veriləcək ödəniş sabit qalır dəyişmir. Fins.az xəbər verir ki, bu sözləri Fins.az-ın sualını cavablandırarkən AzFinance İnvestisiya şirkətinin eksperti Ramil Səmədov bildirib.

Adi səhm sahibi ilə imtiyazlı səhm sahibi arasında digər fərq ondan ibarətdir ki, əgər şirkət yenidən qurulursa və ya ləğv edilirsə imtiyazlı səhm sahibi olan sahmdar səsvermə hüququna malikdir. Digər qərarlarda isə imtiyazlı səhmdarın səs vermə hüququ yoxdur.

Hal-hazırda bazarda imtiyazlı səhm satan yoxdur. Lakin hər hansı səhmdar imtiyazlı səhmin satışı və alınması ilə bağlı bizə müraciət edə bilər– deyə Ramil Səmədov bildirib.

İmtiyazlı səhmlərin payı 25% dən çox ola bilməz

Azərbaycan Mülki Məcəlləsində qeyd olunur ki, Səhmdar cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox ola bilməz. İmtiyazlı səhm öz sahiblərinə səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. Bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz sahiblərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255