BİRJA

İran OPEC-in neft hasilatının azaldılmasına dair alacağı qərar üzrə güzəşt istəyir
06 DEKABR
79

İran OPEC-in neft hasilatının azaldılmasına dair alacağı qərar üzrə güzəşt istəyir

2018-12-06 11:36:00

İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasına dair alacağı qərar çərçivəsində bu ölkəyə güzəşt olunmasını istəyir.

Fins.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 175-ci iclasından öncə jurnalistlərə müsahibəsində İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

Nazir ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalarla əlaqədar OPEC-in neft istehsalının azaldılmasına dair alacağı qərar çərçivəsində İrana güzəşt olunmasını istəyir: “Qeyri-qanuni sanksiyalar davam etdiyi təqdirdə İran gələcəkdə neft istehsalının səviyyəsinin azaldılmasına dair hər hansı qərardan azad olunmalıdır”.

O, əvvəllər isə daha sərt bəyanatla çıxış edərək deyib: “İrana qarşı sanksiyalar davam etdiyi təqdirdə bu ölkənin OPEC üzrə kvotası heç kimlə müzakirə olunmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256