BİRJA

Rövnəq Abdullayev: "Neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi kifayət qədər yüksəkdir"
05 DEKABR
96

Rövnəq Abdullayev: "Neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi kifayət qədər yüksəkdir"

2018-12-05 17:15:00

"Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi kifayət qədər yüksəkdir".

Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev neft-qaz sənayesində milliləşdirmə proqramının 5-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib. 

O qeyd edib ki, 2013-cü ildə "BP Exploration" şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90%-i milli kadrlardan ibarətdir. "Biz neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış Prezidentimiz qarşısında məruzə edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR -ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrəsini verib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255