BİRJA

Küveytin neft naziri: "Hasilatın azaldılmasından əvvəl tələb və təklif müzakirə ediləcək"
05 DEKABR
97

Küveytin neft naziri: "Hasilatın azaldılmasından əvvəl tələb və təklif müzakirə ediləcək"

2018-12-05 15:21:00

"OPEC+ ölkələri hələ neft hasilatının azaldılması təkliflərini müzakirə etməyib, çünki daha əvvəl dünya bazarında tələb və təkliflə bağlı mövcud vəziyyətin müzakirə edilməsi lazımdır".

Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu Avstriyanın paytaxtı Vyana şəhərində Küveytin neft naziri Baxit əl-Rəşidi deyib.

Qeyd edək ki, dekabrın 5-də Vyanada OPEC+in Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda saziş üzvü olan ölkələrin bazarı balanslaşdırmaq üçün neft hasilatını azaltmalı olub-olmamasına dair tövsiyələr veriləcək. Dekabrın 6-da bu tövsiyələr OPEC konfransında, ardından isə dekabrın 7-də bütün OPEC+ ölkələri tərəfindən müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256