BİRJA

Bakı Fond Birjası "marja ticarəti" ilə bağlı məsələyə aydınlıq gətirib
03 DEKABR
110

Bakı Fond Birjası "marja ticarəti" ilə bağlı məsələyə aydınlıq gətirib

2018-12-03 09:49:00

Nə üçün investisiya şirkətləri marja ticarəti etdikləri zaman kotirovkanı fond birjasından alırlar? Fins.az bu sualla Bakı Fond Birjasına müraciət edib. Bakı Fond Birjasından bildiriblər ki, Azərbaycan Marja ticarətinin tənzimləndiyi ölkələr siyahısındadır. İnvestor və bazar iştirakçılarının hüquqlarının qorunması məqsədi ilə müvafiq hüquqi çərçivələr qəbul olunub. Azərbaycanda Marja ticarəti “Qiymətli kağızlar bazarı haqqında” qanun və 29 sentyabr 2015-ci il tarixli “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”-la tənzimlənir Həmin qanununun 5.2 ci bəndinə əsasən ; İnvestisiya şirkəti marja ticarətini yalnız özünə məxsus olan və ya Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq lisenziyaya malik kredit təşkilatlarından aldığı vəsaitlər hesabına (baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişikliklərlə marja ticarəti xidməti əlavə olaraq Fond Birjasından alınan vəsaitlər hesabına) həyata keçirir. Əlavə olaraq BFB-nin “Ticarət qaydaları”-nın 59.2 bəndində əsasən; Baza aktivi baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişiklikləri olan törəmə maliyyə alətləri ilə marja ticarəti bu alət üzrə birja üzvünün müraciəti əsasında, ən azı bir marketmeykerin (likvidlik təminatçısının) iştirakı ilə təşkil olunur.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256