BİRJA

Vergilər bitcoin ilə də qəbul ediləcək - Oqayo
03 DEKABR
80

Vergilər bitcoin ilə də qəbul ediləcək - Oqayo

2018-12-03 00:21:00

ABŞ-ın Oqayo (Ohio) ştatında fəaliyyət göstərən şirkətlər 26 noyabrdan başlayaraq vergiləri bitcoin ilə ödəyə biləcək. Fins.az xəbər verir ki, bu məlumatı The Wall Street Journal yayıb. Oqayo Amerikada vergiləri kriptovalyuta ilə qəbul edən ilk ştat olacaq. Vergiləri bitkoinlə ödəmək istəyən şirkətlər OhioCrypto.com saytında qeydiyyatdan keçərək burada bitkoinlə ödənilə biləcək vergi növlərini seçə bilərlər. Kriptovalyuta ilə əməliyyatları həyata keçirmək üçün Oqayo höküməti BitPay ödəniş servisi ilə partnyorluq müqaviləsi bağlayıb. Ştatın xəzinədarlığı texniki olaraq kriptovalyuta qəbul etmir sadəcə olaraq bitcoin dollara konvertasiya olunaraq xəzinadarlığın hesabına mədaxil olunacaq. Ştatın hazırkı dövlət xəzinadarı Josh Mandel qeyd edib ki, bu proqramın məqsədi innovasiyaları tətbiq etmək üçün daha geniş hökumət təşəbbüsləri üçün bir siqnal olmaqdır. Oqayo höküməti ştatı blockchain və kriptovalyuta üzrə milli lider etmək niyyətindədir.

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256