BİRJA

"Tovuz-tikinti-14"nin səhmlərinin sayı açıqlanıb
30 NOYABR
106

"Tovuz-tikinti-14"nin səhmlərinin sayı açıqlanıb

2018-11-30 11:22:00

"Tovuz-tikinti-14" ASC-nin səhmlərinin 2088 ədəddir və adı çəkilən ASC-nin nizamnamə kapitalının 5%-ni təşkil edir. Fins.az xəbər verir ki, bunu "Unicapital"investisiya şirkətindən bildiriblər. Həmçinin o da bildirilib ki, bu səhmlərin alıcıları artıq var. Səhmdarlar səhmləri satışa çıxarsalar, təkrar bazara satışı mümkün olacaq deyə investisiya şirkətindən bildirilib. 

Xatırladaq ki, noyabrın 28-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Tovuz-tikinti-14" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində ticarətə buraxılıb.

BFB-dən bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. Səhmləri satışa çıxaran birja üzvü “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255