BİRJA

Bu tikinti şirkətinin səhmləri 2 manatdır
28 NOYABR
158

Bu tikinti şirkətinin səhmləri 2 manatdır

2018-11-28 18:25:00

Noyabrın 28-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Tovuz-tikinti-14" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində ticarətə buraxılıb.

BFB-dən verilən məlumata görə, ticarətə buraxılan qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. Səhmləri satışa çıxaran birja üzvü “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bakı Fond Birjasında ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

 Eləcə də bax:  Dəyərdən düşən bitcoin yenidən bahalaşacaq? - Azərbaycanlı ekspertdən rəy

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256