BİRJA

"Bitcoin"nin məzənnəsi yenidən 4 000 dolların üzərinə çıxıb
28 NOYABR
102

"Bitcoin"nin məzənnəsi yenidən 4 000 dolların üzərinə çıxıb

2018-11-28 10:43:00

"Bitcoin"nin məzənnəsi son 1 gündə 7,08% bahalaşaraq 4 036 dollara kimi azalıb. Nəticədə kriptovalyutanın bazar dəyəri 70,222 mlrd. dollar həddinə qalxıb.

Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 94%-i dəyər qazanıb. Rəqəmsal valyuta bazarının toplam həcmi 131,467 mlrd. dollara çatıb.

“Ripple”ın məzənnəsi 6,21% artaraq 0,375 dollar olub. Altkoinin bazar dəyəri 15,143 milyard dollar həddində qərarlaşıb.

"Ethereum" son sutkada 7,48% artıb və 115 dolların ətrafında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 11,889 milyard dollar kimi artıb. Top onluqdan yalnız “Bitcoin Cash” və “Bitcoin SV” dəyərdən düşüb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 09.50-ə olan məlumatları aşağıdakı kimidir.

 Eləcə də bax: Azərbaycanlı bitcoin sahibindən ucuzlaşma ilə bağlı - AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256