BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
27 NOYABR
130

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2018-11-27 18:08:00

27 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106018697ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7investor tərəfindən qiyməti intervalı 95.4653 AZN (10.8100%) və 100.2583 AZN (8.9000%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN(9.0000%), orta ölçülmüş qiyməti 100.0274 AZN (8.9893%) müəyyən edilmişdir. Sifarişlərinnominal qiymətləümumi məbləği 31 834 800.00 AZN, yerləşdirilmiş həcmi isə 20 180 000,00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 23.11.2021-ci il.

Hərrac iştirakçıları 28 noyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255