BİRJA

Qiymətli kağızlar bazarı iki dəfə artıb
22 NOYABR
59

Qiymətli kağızlar bazarı iki dəfə artıb

2018-11-22 17:32:00

Bu ilin doqquz ayı ərzində qiymətli kağızlar bazarında 18 milyard 657,7 milyon manat həcmində əməliyyat aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, əməliyyatların 57,2 faizi (10 milyard 664,4 milyon manat) ilkin bazarda, 42,8 faizi (7 milyard 993,3 milyon manat) isə təkrar bazarda aparılıb.

Yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 milyon manat (95 faizi və ya 518 milyon manat dövlət qiymətli kağızları ilə) olub.

Üç rübdə 12 milyard 269 milyon manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

Eləcə də bax: Bu il Azərbaycanın 940 vətəndaşı Türkiyədə əmlak alıb

Doqquz ay üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə əksini tapıb.

©Azərtac

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256