BİRJA

Səhm bazarının göstəriciləri açıqlanıb - Azərbaycanda
27 NOYABR
140

Səhm bazarının göstəriciləri açıqlanıb - Azərbaycanda

2018-11-27 15:20:00

Fins.az MBNP-na istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə kredit təşkilatlarına aid dövlət qeydiyyatına alınan səhm emissiyası məbləğ baxımından ilə 2,2 dəfə azalıb. Digər təşkilatların səhm emissiyası üzrə say etibarı ilə 19, məbləğ baxımından 2,8 dəfə azalma müşahidə olunub. Müqayisə olunan dövrdə sığorta şirkətlərinə məxsus səhm emissiyasında say etibarı ilə azalma olmasa da məbləğ baxımından 3,9 mln. manatlıq azalma qeydə alınıb. Hesabat dövründə həmçinin kredit təşkilatlarının 25 ədəd 108 mln. manatlıq, digər təşkilatların isə 15 ədəd 871,2 mln. manatlıq istiqraz emissiyaları qeydiyyata alınıb.

Xatırladaq ki, 2017-ci ilin 9 ayında 205 mln. manat və 1 051,4 mln. ABŞ dolları məbləğində 35 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb. Dövr ərzində kredit təşkilatlarına məxsus ümumilikdə 3,7 mln. manat və 1 002,2 mln. ABŞ dolları məbləğlərində 20 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb. 

 

 

Müəllif: Xeybər Heydərov 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255