BİRJA

Qiymətli kağızlar bazarında əməliyyatların həcmi 2 dəfə artıb
27 NOYABR
85

Qiymətli kağızlar bazarında əməliyyatların həcmi 2 dəfə artıb

2018-11-27 14:24:00

2018-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında ümumilikdə 18 657.7 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Fins.az MBNP - aitinadən xəbər verir ki, əməliyyatların 57.2%-i (10 664.4 mln. manat) ilkin bazarda, 42.8%-i (7 993.3 mln. manat) isə təkrar bazarda aparılıb.                       

2018-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 mln. manat (95%-i və ya518 mln. manatdövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə12 269 mln. manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

2018-ci ilin 9 ayı üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləriicmal göstəricilərdə öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255