BİRJA

Azərbaycanlı bitcoin sahibindən ucuzlaşma ilə bağlı - AÇIQLAMA
26 NOYABR
408

Azərbaycanlı bitcoin sahibindən ucuzlaşma ilə bağlı - AÇIQLAMA

2018-11-26 18:04:00

Bitcoinin ucuzlasmasi və ya yaxa qurtarılması deyilməsi düzgün deyil. Pul, Forex, bazarından fərqli olaraq Crypto valyutalar daha volatildir. Buna səbəb isə, ortada hansısa bir requlatorun olmamasıdır. Fins.az xəbər verir ki, bu sözləri 7Marketz Group holdinqinin həmtəsisçisi və icraçı direktoru Yaqub Rəhimov deyib. 

Misal olaraq, Türk lirəsi dəyər itirdikdə Türkiyə Mərkəz Bankı öz aktivlərini sataraq Türk Lirəsinə dəstək olmağa çalışırdı. Buna səbəb isə Türk lirəsinin mərkəzləşmiş olmasıdır və TMB-nın onun qiymətinə nəzarət etməsidir. Lakin, Bitcoin ve digər əsl coinlərdə hansısa mərkəzi orqan yoxdur. Düzdü deyə bilərsiz minlərlə maynerlər buna nəzarət edirlər. Lakin bu maynerlər mərkəzi bir qrum deyil. O ki, qaldı sabəblərə hazırda bazarın bu qədər qeyri-stabil olmasına səbəb Bitcoin Cash və maynerlər arasında olan çaxnaşmadır. Eyni zamanad , Çin hökuməti, ölkədə olan maynerləri təzyiq altında saxlayır. Bu təzyiqlər həm vergi,həm elektrik həm də leqal olaraq öz əksini tapır. Bununla yanaşı , qiymətlərin aşağı olması , bu maynerlərin bəzilərinin əllərində olan bitcoinləri tələsik satmağa sövq edir. Hal-hazırda əksər maynerlər kredit götürərək öz mayninq kompyuter qurğularını alıblar. Buna, ümumi maliyyə bazarında "Cutting the Loss" adlanır. 

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256