BİRJA

İnvestisiya şirkətləri CETA sisteminə qoşulmağa hazırlaşır
26 NOYABR
96

İnvestisiya şirkətləri CETA sisteminə qoşulmağa hazırlaşır

2018-11-26 11:26:00

Ölkədə fəaliyyət göstərən investisiya şirkətləri Azərbaycan Mərkəzləşmiş Birja Ticarəti (CETA) sisteminə qoşulmağa hazırlaşır. Fins.az“Report”-a istinadən  xəbər verir ki, bu məsələ Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) ümumi yığıncağında müzakirə edilib.

Xatırladaq ki, “Bakı Fond Birjası” QSC-nin ticarət sisteminin daxil olduğu CETA 2016-cı ildə “Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi layihəsi" çərçivəsində Cənubi Koreyanın fond birjasının ticarət platformaları əsasında yaradılıb. AFBİA-nın ümumi yığıncağında həmçinin gələn il Azərbaycanda keçiriləcək I Beynəlxalq Maliyyə Sərgisi, maliyyə girovlarının depozitar sistemində qeydiyyata alınması ilə bağlı qaydalar müzakirə obyekti olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256