BİRJA

Azərbaycan nefti ucuzlaşıb
21 NOYABR
107

Azərbaycan nefti ucuzlaşıb

2018-11-21 09:45:00

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 67,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,91 dollar/barel azdır.

Fins.az xəbər verir ki FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 66,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 19-da 62,56 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 3,91 dollar/barel azdır.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255