BİRJA

İnvestisiya şirkətləri 6 əsas 5 yardımçı xidmət əsasında fəaliyyət göstərirlər
14 NOYABR
213

İnvestisiya şirkətləri 6 əsas 5 yardımçı xidmət əsasında fəaliyyət göstərirlər

2018-11-14 17:55:00

Fins.az xəbər verir ki, hazırda Bakı Fond Birjasına üzv investisiya şirkətləri PSG Kapital, Kapital Menecment, AzFinance, İnvest.Az, Unicapital, Paşa Kapital və Xalq Kapital İnvestisiya şirkətləridir.

Fins.az-ın investisiya şirkətlərindən əldə etdiyi məlumat görə, xarici birjalarda ticarət əməliyyatını bütün investisiya şirkətləri edə bilməsinə baxmayaraq daimi bu tip əməliyyatları AzFinance, İnvest.Az, PSGKapital  investisiya şirkətləri edir. Unicapiltaldan verilən məlumata görə isə müştəri istədiyi halda, Unicapital investisiya şirkəti ilə xarici birjalara çıxış təmin edə bilər. 

Məlumat üçün bildirək ki, xarici birjalarda ticarət etmək üçün investisiya şirkətləri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatsından bu barədə lisenziya almalıdır.

MBNP-dan Fins.az-a verilən məlumata görə xarici birjalarda ticarət etmək üçün alınmalı olan lisenziyanın dövlət rüsumu 2750 manatdır.

Palatanın verdiyi lisenziyada 6 əsas 5 yardımçı xidmət var. Bunlar andeyrayter , vasitəçilik xidməti, marja ticarəti, maliyyə girovu ilə bazarın maliyyələşdirilməsi, marketmeyker və məsləhət xidmətidir. Bu sözləri məsələ ilə bağlı Fins.az-a müsahibə verən iqtisadçı ekspert Cəfər İbrahimli bildirib.

Bu xidmətlərin hamısı bir lisenziya şəklində investisiya şirkətlərinə verilir. Amma bəzi investisiya şirkətləri ola bilsinki, hansısa xidmətə hazır olmadıqları üçün onu istəməsələr bu xidmət onlarda belə desək aktiv olmur. Hazırda ölkəmizdə olan və Bakı Fond Birjasına üzv investisiya şirkətlərinə bütün bu xidmətləri aparmaq üçün lisenziya verilib. Hətta investisiya şirkətinə məhdud lisenziya da verilmiş olsa misal üçün marja ticarəti üçün lisenziya istəməyibsə o bu ticarəti etməyə bilər. Amma investisiya şirkəti bu 11 xidmət üzrə lisenziya alıbsa həm ölkə daxilində həm də ölkə xaricində bütün birja əməliyyatlarını həyata keçirə bilər. Qanunvericilikdə xarici və ya daxili əməliyyat deyilən bir qanun yoxdur. Qanunvericilikdə investisiya xidmətlərinin lisenziyası və investisiya şirkətlərinin xidmətinin növləri deyilən anlamlar var. – deyə Cəfər İbrahimli bilirib.

İnvestisiya şirkəti  ilk növbədə vasitəçilik xidməti lisenziyasını alıbsa, yəni  6 əsas xidmətdən biri olan vasitəçilik xidmətinə lisenziyası varsa( buda kı bütün investisiya şirkətlərində var)Aərbaycan daxilində fond bazarında və dünyanın hər bir yerində əməliyyat aparmaq hüququna malikdir.

Müəllif:Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256