BİRJA

Brent markalı neft 65 dollardan aşağı düşüb
14 NOYABR
121

Brent markalı neft 65 dollardan aşağı düşüb

2018-11-14 09:24:00

"Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti cari ilin 16 mart tarixindən bu yana ilk dəfə olaraq 65 dollardan aşağı düşüb. Fins.az-ın məlumatına görə,“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 00.39-a olan vəziyyətə görə, "Brent"in yanvar fyuçerslərinin qiyməti bir barelə görə 7,43 faiz azalaraq 64,91 dollara enib.

Bununla belə, cümə günü WTI markalı yüngül neftin qiyməti 2017-ci ci 17 mart tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 55 dollardanaşağı düşüb.

Bakı vaxtı ilə 00.49-a olan vəziyyətə görə, WTI növünün dekabr fyuçerslərinin qiyməti bir barelə görə 8,31 faizdüşərək 54,95 dollar təşkil edib.

Hərraclar zamanı bir barelə görə qiymət 54,77 dollara qədər enib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255