BİRJA

Neft qiymətləri 7 ayın ən aşağı səviyyəsində
07 NOYABR
94

Neft qiymətləri 7 ayın ən aşağı səviyyəsində

2018-11-07 09:07:00

Xəbər verdiyimiz kimi, ABŞ 8 ölkəyə İrandan neft satın almağa icazə verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb və nəticədə neft qiymətləri yeddi ayın ən aşağı səviyyəsinə düşüb.

Fins.az xəbər verir ki, neft qiymətləri son altı seansda 7%-ə yaxın, ötən aydan bəri isə 17 faiz düşüb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.

ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq Bazar ertəsi günü başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyənin bu məhdudiyyətlərdən müvəqqəti istisna olunduqlarını açıqladı.

Həmçinin, ABŞ-da neft ehtiyatlarının ardıcıl yeddinci həftədə də artacağı gözlənilir.

Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal artımı ləngidir və neftə təlabatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da artıb. 

Brent markalı neft 2,7% də ucuzlaşaraq 71,28 dolları, ABŞ xam neftinin qiyməti isə 2,6% düşərək 61,40 dolları görüb.

©Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250