BİRJA

Birjalar kəskin düşə bilər
06 NOYABR
151

Birjalar kəskin düşə bilər

2018-11-06 15:41:00

Trump dövründə S&P 500 İndeksi 28% yüksəlib. Donald Trumpın ABŞ Prezidenti seçildiyi  2016-cı ilin Noyabr ayından bu yana ABŞ-da S&P 500 İndeksi təxminən 28 faiz yüksəlib. Bu, digər ABŞ prezidentlərinin vəzifə olduğu son 64 illik dövrdə görülən ən yaxşı artımlardan biridir. Prezident Dwight Eisenhower-ın vəzifədə olduğu  1952 - 1954 dövründə S&P 500 İndeksi 29 faiz qalxmışdı.

Trampın Prezidentliyinin son 2 ilin necə formalaşacağı bugünkü ara seçkilərinin nəticəsində bəlli olacaq.

Reuters-də yer alan xəbərə görə, analitiklər Demokratların ABŞ Nümayəndələr Palatasının nəzarətini ələ keçirməsinin birjalarda təzyiqə səbəb olacağını, Demokratların həm Nümayəndələr Palatası, həm də Senatda üstünlük təmin etmələrinin kəskin aşağı istiqamətli reaksiyaya səbəb ola biləcəyini qeyd edirlər..

Əks halda, yəni Respublikaçıların üstünlüyü qoruması halında yeni vergi islahatı ümidi ilə birjaların daha da yüksələcəyi proqnozlaşdırılır.
 
1922-ci ildən bu yana ABŞ-da keçirilən ara seçkilərdən sonra birjalar 12 ayda orta hesabla 17 faiz yüksəlib.

©Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250