BİRJA

Azərbaycanda fəaliyyət göstərən şirkət London Birjasında səhm yerləşdirəcək
06 NOYABR
141

Azərbaycanda fəaliyyət göstərən şirkət London Birjasında səhm yerləşdirəcək

2018-11-06 14:13:00

Azərbaycanda “Bahar” qaz və “Qum-dəniz” neft yataqlarında əməliyyat aparan ABŞ-ın “Greenfields Petroleum Corporation” şirkəti bu ay London Birjasında 60 mln. dollar səhm yerləşdirmək niyyətindədir. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, əldə olunan vəsait şirkətin balans hesabının artırılması və böyüməsini sürətləndirmək üçün istifadə olunacaq.

Şirkət bu həcmin 40 mln. dollarını 4 il ərzində gündəlik hasilatı 30 min barelə çatdırmaq üçün sərf edəcək.

Bundan başqa, şirkət səhmdarı və ən böyük borcverəni “Vitol Energy” şirkəti ilə “Vitol”un 53,3 mln. dollarlıq borcunun 20 mln. dollarını kapitala çevirməklə bağlı razılıq əldə edib.

Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur. Bu yataqlarda ümumi gündəlik hasilatın həcmi 4 400 barel təşkil edir. Yataqların qalıq ehtiyatları 150 mln. bareldən çox qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250