BİRJA

Daşınmaz əmlak barədə - Millət Vəkilindən və ekspertdən fərqli fikirlər
06 NOYABR
610

Daşınmaz əmlak barədə - Millət Vəkilindən və ekspertdən fərqli fikirlər

2018-11-06 17:56:00

Bizim oktyabr ayında apardığımız monitorinqdən bəlli olur ki, oktyabrda daşınmaz əmlak bazarında və kirayə bazarında qiymətlər stabil qalıb. Baxmayaraq ki, avqust sentyabr aylarında qiymətlərdə artım müşahidə olunmuşdu. Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Fins.az-ın sualını cavablandırarkən bildirib. Hələlik daşınmaz əmlak bazarında qiymət artımları müşahidə edilmir. Mənzil bazarında qiymətlərin kəskin artacağını proqnozlaşdırmırıq. Həmçinin daşınmaz əmlakı bugünlərdə satmaqda elə də asan deyil. Əmlakın satılması zaman tələb edir. Bu gün aparılan monitorinqlər onu göstərir ki, bazarda xeyli sayda evlər var ki, onlar bazara çıxarılıb. Amma alıcı tapmaqda çətinlik çəkir.

Hələlik əmlak bazarında durğunluq davam edir. Xüsusən bahalı mənzillərə sərmayə qoyuluşu məqsədə uyğun hesab etmirik.Əgər passiv sərmaye varsa  dəyəri 150 min manatadək mənzillərə investisiya etmək olar təbii ki, bu mənzil gəlir gətirəcəksə. Xüsusən bahalı mənzillərə sərmaye qoymağı məsləhət görmürük. Ucuz evləri alıb kirayə formasında təklif etmək olar.

2019-cu ildə neftin qiyməti daşınmaz əmlak bazarına birbaşa təsir edən amillərdən olacaq. Amma hələlik mövcud qiymət fonunda qiymət stabil qalacaq – deyə ekspert bildirib.

Daşınmaz əmlaka, yoxsa istiqraz və səhmlərə investisiya etmək daha sərfəlidir?

Əgər daşınmaz əmlak alacaq qədər vəsait varsa yaxşı olar ki, real sektora sərmaye edilsin. Xüsusən də xidmət sektoruna.

İstiqrazlar və səhmlər xüsusəndə xarici valyutada olan istiqrazlar və səhmlər çox gəlir gətirə bilər. Bank depozitləri ilə müqayisədə istiqrazlar və səhmlər daha sərfəlidir.

 Millət Vəkilinin daşınmaz əmlaka investisiya barədə - RƏYİ 

Daşınmaz əmlaka sərmaye ilə bağlı sualı cavablandıran millət vəkili Əli Məsimli qeyd edib ki, əlavə pul vəsaiti olan insanlar həmişə əlindəki vəsaiti qorumaqla yanaşı ,həm də davamlı qazanc əldə etmək barədə düşünür. İnsanlar bu arzularını banka əmanət qoymaq, birja, qiymətli kağızlar vasitəsilə, əmlak,qızıl sərmayəsi və sair üsullarla həyata keçirməyə çalışırlar. Azərbaycanın hazırkı reallıqları şəraitndə daha az riskli və ya risksiz investisiya- daşınmaz əmlak sərmayəsidir. Təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində daşınmaz əmlaka sərmayə qoymaq ən gəlirli sahələrindən biridir.Bu üsul həm, ən azından, əlinizdəki vəsaiti qorumaq,həm də gəlir əldə etmək üçün həmişə sabit və yüksək qazanclı mənbə hesab edilir.Burada gəlirlilik səviyyəsi bir qayda olaraq inflyasiyanın artım tempini əhəmiyyətli dərəcədə üstələyir. ABŞ-ın İrana qarşı yenidən sanksiyalara əl atması orada yaşayan soydaşlarımızın bir hissəsinin Azərbaycanda daşınmaz əmlak almaq istəklərini artıra bilər. Bu isə ölkəmizdə daşınmaz əmlakın qiymətlərinin artmasına təsir edəcək. Ona görə də Azərbaycan şəraitində daşınmaz əmlaka yatırılan sərmayə batmaz, müəyyən vaxt kəsiklərində qiymətlərdə labüd qalxıb-enmələr olsa da, ümumilikdə isə komkret məkanın uğurlu seçiminə müvafiq nisbətdə əlavə gəlir gətirər.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250