BİRJA

"Faraday Future" bütün əməliyyatlarını dayandığını açıqlayıb
05 NOYABR
111

"Faraday Future" bütün əməliyyatlarını dayandığını açıqlayıb

2018-11-05 09:48:00

Amerikalı milyarder İlon Maskın sahib olduğu elektrikli avtomobil markası "Tesla"nın ən əhəmiyyətli rəqiblərindən biri hesab olunan "Faraday Future" bütün əməliyyatlarını dayandığını açıqlayıb. Fins.az-ın məlumatına görə,"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, 2014-cü ildə startap olaraq fəaliyyətə başlayan şirkətin qurucularından Nick Sampson-un istefası ilə "Faraday"ın cari vəziyyəti məlum olub. Sampson ayrılıq qərarını açıqladığı məktubunda Los Angeles mərkəzli şirkətin həm maliyyə, həm də insan resursları baxımından iflas etdiyini və bu vəziyyətdə "Faraday" üçün gələcəyin olmadığını qeyd edib.

Digər tərəfdən, "Faraday Future"in CEO-su və bir digər qurucusu Jia Yueting-in şirkət işçilərinə göndərdiyi elektron məktubda 1 maydan sonra şirkətdə işə başlayanların məzuniyyətə çıxmaq məcburiyyətində olduqlarını, 1 maydan əvvəl işə başlayanların isə istədikləri halda daha az maaş ilə işlərinə davam edə biləcəkləri qeyd olunub . CEO-ya görə, məcburi məzuniyyət ən azı dekabr ayına qədər davam edəcək və bu dövrdə heç bir yeni investisiya cəlb olunmazsa proses uzadılcaq.

Qeyd edək ki, "Faraday"ın 2017-ci ildə tanıtdığı "FF91" modeli tam enerji doldurmadan sonra təxminən 600 km yol qət edə bilir. 1050 at gücünə malik mühərriki ilə "FF91" 0 km/saat-dan 100 km/saat-a 2.39 saniyəyə çatır. Yaxın müddətdə yeni sərmayə tapa bilmədiyi halda 2026-ci ildə istehsal gücünü 150 min ədədə çıxarmağı hədəfləyən "Faraday"ın gələcəyi təhlükə altında ola bilər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250