BİRJA

Azərbaycan nefti ucuzlaşır
02 NOYABR
95

Azərbaycan nefti ucuzlaşır

2018-11-02 09:39:00

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 77,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,14 dollar/barel azdır.

Fins.az xəbər verir ki, Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 31-də 72,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 31-də 73,07 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 31-də 75,50 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

 Eləcə də bax:Dünyada qızıla tələbat artacaq - PROQNOZ

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258