BİRJA

Dünyada qızıla tələbat artacaq - PROQNOZ
31 OKTYABR
139

Dünyada qızıla tələbat artacaq - PROQNOZ

2018-10-31 16:41:00

Dünya Qızıl Şurasının proqnozlarına görə, qarşıdakı 30 ildə dünya üzrə qızıla olan tələb bir neçə səbəbdən daha da yüksələcək.

Fins.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində  qeyd edilib.

Eləcə də  bax:Qızıl və gümüş ucuzlaşdı – QİYMƏTLƏR

Sənəddə göstərilib ki, bu tələbin böyük hissəsi Çin və Hindistanın genişlənməkdə  olan orta təbəqəsinin payına düşür. Həmçinin sənaye və texnologiyalar sektorunda qızıldan istifadənin aktual qalacağı da vurğulanır.

“Bank of Amerika – Merril Lynch” tərəfindən verilən proqnozlarda qızılın qiymətinin 2019-cu ildə 1350 ABŞ dolları, 2020-ci ildə isə 1441 ABŞ dollarınadək yüksəlmə ehtimalı qeyd edilir. Həmin proqnozlara görə, bu, ABŞ  iqtisadiyyatının artım templərinin qarşıdakı dövrdə zəifləməsi, inflyasiya tempinin yüksəlməsi, həmçinin ABŞ dollarının siyasi amilinin təsiri altında dəyərsizləşməsi ilə bağlıdır.

©modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250