BİRJA

"Bakı Fond Birjasında 130-dan artıq maliyyə aləti var”
24 OKTYABR
146

"Bakı Fond Birjasında 130-dan artıq maliyyə aləti var”

2018-10-24 12:47:00

“Bakı Fond Birjası” QSC-nin (BFB) dövriyyəsi 18 mlrd. manatı ötüb. Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov Bakıda keçirilən Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda keçiriləcək beynəlxalq simpoziumdakı çıxışı zamanı deyib.

“Bu, 2015-2016-ci illərdə birgə formalaşmış dövriyyəyə bərabərdir. Hələ ki, BFB-nin fəaliyyətində dövlət qiymətli kağızlarının payı üstündür. Hazırda Birjada 5 istiqamət üzrə fəaliyyət təşkil olunur. 130-dan artıq maliyyə alətimiz var ki, bunlar da hər kəsin üzünə açıqdır”, - deyə o, qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258