BİRJA

"İstiqrazlar ən yaxşı halda yanvarda buraxılacaq"
22 OKTYABR
309

"İstiqrazlar ən yaxşı halda yanvarda buraxılacaq"

2018-10-22 16:04:00

"Viator Mikrokredit Azərbaycan" Bank olmayan kredit təşkilatının istiqraz buraxacağı barədə məlumat verilmişdi. İstiqrazların buraxılacağı tarix barədə Fins.az -a açıqlama verən BOKT-un İdarə heyətinin sədri Aynur Əliyeva ən yaxşı halda istiqrazların yanvarda buraxılacağını bildirdi. O hələlik BOKT-un müşahidə şurasının istiqrazların buraxılması barədə detalların qətiləşdirilməsini qeyd etdi. 

Xatırladaq ki,bir müddət əvvəl BOKT-dan verilən məlumata görə, bu barədə qərar şirkətin Müşahidə Şurasının oktyabrın 11-də keçirilmiş yığıncağında qəbul edilib.

Müşahidə Şurasının qərarına görə, manatla istiqraz buraxılışının həcmi 100-200 min manat, illik gəlirlilik 14-15% olacaq. İstiqrazların nominal qiyməti hələlik müzakirə edilir və sayının 500-1000 ədəd arasında olacağı gözlənilir.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250