BİRJA

Dövlət istiqrazlarının növləri
22 OKTYABR
220

Dövlət istiqrazlarının növləri

2018-10-22 15:43:00

Dövlət istiqrazlarının gəlir əldə etmək baxımından 2 yerə bölmək olar: Kuponlu və diskontlu (güzəştli). AzFinance İnvestisiya şirkətinin eksperti Ramil Səmədovun Fins.az-a verdiyi məlumat görə, kuponlu istiqrazlar sahibinə istiqrazın nominal dəyərinə mütənasib olaraq gəlir qazandırır. Kupon istiqrazın nominal dəyərindən hesablanır və faizlə göstərilir. Kuponlu istiqrazların kupon ödənişləri (faiz ödənişləri) adətən ildə 2 dəfə ödənilir. Kuponlu istiqrazlar adətən 1 ildən artıq müddətə buraxılır. Lakin emissiya prospektində əvvəlcədən göstərilməklə, yəni emitentin (MaliyyəNazirliyinin) qərarı ilə bu dəyişə bilər. Diskontlu istiqrazlar isə nominal dəyərindən ucuz satılır, müddətin sonunda isə nominal qiyməti ilə geri alınır. Yəni diskontlu istiqrazlar üzrə gəlir nominal qiymətlə investora satış qiyməti arasındakı fərqə bərabərdir.
Dövlət istiqrazları buraxılış müddətinə görə qısamüddətli, ortamüddətli və uzunmüddətli olur. Qısamüddətli istiqrazlar Maliyyə Nazirliyinin 2018-ci il üzrə qısamüddətli istiqrazlarının buraxılış şərtlərinə (Emissiya Prospekti) əsasən diskontlu buraxılır. (http://www.maliyye.gov.az/sites/default/files/download/45af144f2773dc.pdf).
Qısamüddətli istiqrazlar öz növbəsində 91, 182 və 364 günlük olaraq 3 yerə ayrılır.
Ortamüddətli istiqrazlar Maliyyə Nazirliyinin 2018-ci il üzrə ortamüddətli istiqrazlarının buraxılış şərtlərinə (Emissiya Prospekti) əsasən kuponlu (faizli) buraxılır. (http://www.maliyye.gov.az/sites/default/files/download/55af144f277e1c.pdf)
Otamüddətli istiqrazlar 728 və 1092 günlük olaraq 2 yerə ayrılır.
Uzunmüddətli istiqrazlar 5 ildən artıq müddətə buraxılan dövlət istiqrazlarıdır. Bu istiqrazlar hal-hazırda bazarda mövcud deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250