BİRJA

30 milyon manatlıq hərrac keçiriləcək
19 OKTYABR
311

30 milyon manatlıq hərrac keçiriləcək

2018-10-19 17:37:00

23 oktyabr 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106016691

Emissiya həcmi

30 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

1092 gün

Faiz ödənişləri (olduqda)

2019-cu il 23 aprel, 2019-cu il 22 oktyabr, 2020-ci il 21 aprel, 2020-ci il 20 oktyabr, 2021-ci il 20 aprel, 2021-ci il 19 oktyabr

Faiz gəliri

9 %

Ödəmə tarixi

19.10.2021

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254