BİRJA

Ekspert : SOCAR istiqrazları bu ənənəni tarixə qovuşdurdu
19 OKTYABR
346

Ekspert : SOCAR istiqrazları bu ənənəni tarixə qovuşdurdu

2018-10-19 15:14:00

İki gün öncə SOCAR istiqrazlarının sayca 8-ci dəfə faiz ödənişi həyata keçirilib. Bəs iki il öncə Azərbaycanda qiymətli kağızlar bazarına daxil olan SOCAR istiqrazları bu müddət ərzində nəyə nail ola bilib? Bu sualın cavabını iqtisadçı ekspert Vüqar Bayramov Dövlət Televiziyasına açıqlama verərkən qeyd edib ki, iki il öncə fərqli dövrlər idi.  O zaman SOCAR istiqrazları bazara çıxarılan zaman  manatın məzənnəsi stabil deyildi. Milli valyutamızın məzənnəsində volatillik yüksək idi. İnsanların yığımla bağlı problemləri var idi. Vətandaşlar etibarlılıq baxımından bilmirdilər hansı valyutada yığım etsinlər, manatda yoxsa dollarda və ya pulun başqa istiqamətə yönəldilməsi ilə bağlı qeyri-müəyyənlik var idi. Praktik olaraq SOCAR istiqrazları indiki dövr ilə tam fərqli zamanda bazara daxil oldu. Təbii ki, indi maliyyə bazarına, istiqraz bazarına daxil olmaq daha asandır. İndi iqtisadiyyatda stabillik var. Neftin qiyməti stabildir.

Hazırda bankların depozit faizlərini aşağı saldığı bir dövrdə bazara girmək daha asandır nəinki o dövrdə. Hazırda praktik olaraq SOCAR istiqrazları bank depozitlərindən daha sərfəlidir deyə ekspert Vüqar Bayramlı bildirib.

Ekspertin sözlərinə görə,  SOCAR böyük bir şirkət olsa da qiymətli kağızlarla bağlı bazara daxil olmasıyla bağlı qərar qəbul etməsi asan məsələ deyildi. Çünki valyuta bazarında volatillik var idi. Neftin qiymətio stabil deyildi. Bütün bunlara rəğmən SOCAR istiqrazları bazara daxil oldu. Geridə qoyduğumuz iki ilə nəzər salsaq görərik ki, iki ildə  Azərbaycan iqtisadiyyatı da fərqli bir yerə qədər inkişaf edib.  Xüsusən də valyuta bazarımız və istisadiyyatımız.

SOCAR istiqrazlarınıən bazara daxil olması qiymətli kağızlar bazarı üçün də çox önəmli idi – deyə Vüqar Bayramlı qeyd edib.

SOCAR istiqrazlarının bazara çıxması ilə bir dövlət qurumunun bazara istiqraz çıxarıb başqa bir dövlət qurumunun istiqraz alması ənənəsi tarixə qovuşdu. Artıq  dövlət şirkətinin istiqrazını vətəndaşlar aldı. SOCAR fiziki şəxsləri sektora daxil olmasına imkan verdi.  İki il üçün  SOCAR istiqrazları bazara fərqli yanaşma gətirdi.

Bu günləri SOCAR istiqrazlarının min dollardan 1030 dollaradək bahalaşmasını  bazar edib. Bu qiyməti SOCAR formalaşdırmayıb.

Min dollara olan bu istiqrazlar 50 dollar gəlir gətirir və əgər başqa bir investor 1030 dollara bu istiqrazı alaraq 20 dollar qazanca razı olursa bu artıq SOCAR istiqrazlarının bazarda özünə qazandığı etibardan xəbər verir. Artıq bu istiqrazlara tələb formalaşdığından avtomatik təkrara bazar da formalaşıb.

Təkrara bazarda da istiqraz sahibləri gəlir qazanır. Təkrar bazarı tələb formalaşdırır bazar özü formalaşdırır. SOCAR şirkəti özü bunu formalaşdıra bilməz.

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258